- 15:41
Cari ilin sonuna hakimlərin ümumi sayının 700-ə, yaxın 3 ilə isə 800-ə çatdırılması planlaşdırılır".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən TDT ölkələri Məhkəmə Şuraları sədrlərinin III iclasında çıxışı zamanı deyib.
İ.Kərimov bildirib ki, hakimliyə namizədlərin seçim mərhələsi sadələşdirilib, daha çevik olub. Qeyd edib ki, mövcud hakim vakansiyalarının komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin seçim prosesi fasiləsiz davam etdirilir.
Onun sözlərinə görə, cari hədəflər sırasında məhkəmə fəaliyyətinin tam elektronlaşdırılması, o cümlədən süni intellektin imkanlarından istifadə edilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi, onların maddi təminatının, sosial şəraitinin yaxşılaşdırılması, habelə kənar müdaxilə və təsirlərdən qorunması üzrə tədbirlər də daxildir.
Sədr deyib ki, Məhkəmə-Hüquq Şurası beynəlxalq əməkdaşlıq sahəsində də uğurlu nəticələr əldə edib, bir çox dövlətlərlə işgüzar əlaqələr inkişaf etdirilib, əlaqələrin dərinləşdirilməsinə dair Anlaşma Memorandumları imzalanıb.
"Xüsusilə, Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının növbəti toplantısının bu il Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına və məhkəmə sistemləri arasında qarşılıqlı təcrübə mübadiləsinə böyük töhfə verəcək", - deyə o qeyd edib.
Şəbnəm Mehdizadə