- 15:41
Bakıda Türk Dövlətləri Təşkilatı üzv ölkələrinin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması haqqında Əsasnamə imzalanıb.
E-huquq.az xəbər verir ki, Əsasnaməyə əsasən dövlətlər arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyimizin möhkəmləndirilməsi planlaşdırılıb.
Sözügedən sənədi Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Cümhuriyyətinin Hakimlər və Prokurorlar Şurasının sədri Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəməsinin sədri Bertan Özerdağ imzalayıb.