"Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır" - Aida Seidakmatova


  • 11:33

"Xalqlarımızı birgə tarix birləşdirir. Hüquq sahəsində də bu birliyi davam etdirməliyik"

E-huquq.az xəbər verir ki, bunu Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova Bakıda keçirilən TDT-yə üzv ölkələrin Məhkəmə-Hüquq Şurasının Sədrlərinin 3-cü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, TDT-yə üzv ölkələrinin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır: "Bu əməkdaşlıq ölkələrimizin müstəqilliyinin qorunmasına da töhfə verəcək".

A.Seidakmatovanın sözlərinə görə, imzalanan sənəd dərin tarixi köklərə malikdir və gələcəkdə bütün tərəflərin maraqlarını qorumağa yönəlib: "Bu, hüquq sistemimizin inkişafı baxımından mühüm addımdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər