- 21:21
Lənkəranda qonşusunun evindən oğurluq etməkdə təqsirləndirilən Murad Sultanovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Lənkəran Rayon Məhkəməsində hakim Muradağa Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Sultanov Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi 14 ünvanında yerləşən yaşayış olmayan fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla qanunsuz daxil olaraq oradan ümumi dəyəri 4177 manat olan əşyalar oğurlayıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs deyib ki, zərəçəkmiş şəxs onun qonşusu, eləcə də anasının yaxınıdır. Onlar zərəçəkmiş şəxslə bir ailə kimidirlər. Əvvələr o, onların həyətinə daxil olub oradan qoz yığıb. Lakin oğurluq etdiyi zaman o, zərəçəkmiş şəxsin həyətindən köhnə dəmirləri oğurlayı, onlardan çoxunu satıb, qalanın bir qismini isə qaytarıb.
Şəbnəm Mehdizadə