Qətldə təqsirləndirilən məktəblinin məhkəməsi: "Məni 30 qəpik üstündə söymüşdü"


  • 12:22

Bakıda qəsdən adam öldürməkdə ittiham olunan Elcan Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin yaxınları ifadə verib.

E.Süleymanovun bacısı ifadə verərək hadisəni görmədiyini bildirib.

Daha sonra təqsirləndirilən şəxsin qardaşı ifadə verib: “Xəyal ilə mən də, qardaşım da dost idik. Xəyal məni 30 qəpik üstündə söymüşdü. Marketdən yola çıxanda ilişdi ki, burda niyə yekaxana kimi gəzirsiz? Əl atdı mənə, hətta o vaxt telefonum da sındı. Sonra mən evə getdim. Növbəti gün biz hamımız barışdıq, söhbət bağlandı. Bunlar hadisədən 10-15 gün qabaq olub. Hadisə olan vaxt mən işdə idim. Mənə gəlib dedilər ki, qardaşın Xəyalı vurub”.

Məhkəmə digər şahidlərin məcburi gətirilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti iclası 21 iyul tarixinə təyin edilib.

Qeyd edək ki, 2008-ci il təvəllüdlü Elcan Süleymanov Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində aralarında yaşanmış münahisə zamanı 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirilməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Elcan Süleymanov qətli törədən zaman məktəbli olub.

Humay Eminqızı

Oxşar xəbərlər