- 16:13
Bakının Yasamal rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmədə hakim ifadə verməli olan şahidlərin Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələbetmə) axtarışda olduqlarını bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi oğlunun ölümünə birbaşa həmin şahidlər - Nihad və Cavidin səbəb olduğunu bildirib.
Şahidlərin iştirakının təmin edilməsi ilə əlaqədar məhkəmə təxirə salınıb.
Məhkəmənin növbəti iclası 11 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş T.Həsənov 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli təqsirləndirilir. T.Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Humay Eminqızı