- 19:16
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edən xarici qonaqlar tərəfinən maraqlı təkliflər səsləndirilib.
E-huquq.az xəbər verir ki, Çin Xalq Respublikası nümayəndə heyətinin rəhbəri Çanq Nonqronq çıxışında məhkəmə hakimiyyətinin müstəqilliyinin mühüm təminatlarından biri kimi onların maliyyə müstəqilliyinin vacibliyini vurğulayıb. Bu baxımdan, dövlət büdcəsindən məhkəmələr üçün ayrılan vəsaitin minimum həddinin müəyyən edilməsinin mühümlüyünü diqqətə çatdırıb. O qeyd edib ki, hazırda Pekində fəaliyyət göstərən 24 məhkəmənin yerli bələdiyyələrlə əməkdaşlıq edərək, onlara ayrılmış büdcə vəsaitləri barədə müstəqil sərəncam verilib.
Qırğızıstan Respublikasının nümayəndə heyətinin rəhbəri xanım Aida Seyidahmetova isə bildirib ki, “Qırğızıstan Respublikasının ədalət mühakiməsi sisteminin inkişafı barədə” 2023-2026-cı illər Fəaliyyət Planı çərçivəsində 2026-cı ilədək dövlət büdcəsindən məhkəmələr üçün ayırmaların 2 faizə çatdırılması nəzərdə tutulur.