- 12 Dekabr 21:34
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edən xarici qonaqlar tərəfinən maraqlı təkliflər səsləndirilib.
E-huquq.az xəbər verir ki, Özbəkistan Respublikasının Ali Hakimlər Şurasının sədri cənab Xomumin Yodqorov türkdilli ölkələrin hakimlərinin ümumi etik normaları və prinsiplərini özündə əks etdirən “Etik Davranış Kodeksinin” qəbul edilməsini təklif edib.
Albaniya Respublikasının Ali Məhkəmə Şurasının sədri İlir Rusi isə ölkəsinin Ali Məhkəmə Şurasının statusunun Albaniya Respublikasının Konstitusiyası ilə müəyyən edildiyini diqqətə çatdırıb və bu qurumun konstitusion orqan olaraq, məhkəmə hakimiyyətinin idarəetmə orqanı olmasını bildirib.