Məhkəmə DTX-nin həbs etdiyi sabiq icra başçısı ilə bağlı qərar verdi


  • 20:01

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan Qax Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib.

E-huquq.az-ın xəbərinə görə, Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədriliyi ilə keçirilən prosesdə istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmənin qərarına əsasən, M.Şəkiliyev haqqında 4 ay müddətinə həbs qətimkan təbdiri seçilib.

Xatırladaq ki, iyunun 20-də DTX Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və M.Şəkiliyevi saxlayıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncamla Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Oxşar xəbərlər