Bəhruz Səmədova hökm oxundu


  • 16:26

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur. DTX tərəfindən ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Humay Eminqızı

Oxşar xəbərlər