Hakim qəbul edəcəyi qərarla bağlı öncədən fikir bildirə bilərmi?


  • 17:28

"Hakim qərar qəbul edilənədək qəbul edəcəyi qərarla bağlı mövqe bildirə bilməz".

E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, bu nəinki doğru deyil, hətta hüquq ziddir. Qeyd edib ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununun 99-cu maddəsinə əsasən, hakim ədalət mühakiməsi həyata keçirərkən baxılan məsələ ilə əlaqədar yekun qərar qəbul edilənədək həmin qərara dair fikir bildirməməlidir.

"Bu, hakimin əsas vəzifələrindən biridir. Ümumiyyətlə, bu, hüquqi etika baxımından qeyri-məqbul sayılır", - deyə T.Abdullazadə bildirib.

Vəkil qeyd edib ki, 2002-ci ildə qəbul olunmuş "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"nin 2.5-ci bəndinə əsasən hakim baxdığı yaxud da gələcəkdə baxacağı iş üzrə vaxtından əvvəl və uyğunsuz fikir bildirməkdən çəkinməlidir.

"Hakim həm görünüşdə, həm də mahiyyətcə qərəzsiz və obyektiv olmalıdır. Hakimin qərar verilməmiş bir iş üzrə mövqe bildirməsi etik pozuntu kimi qiymətləndirilə bilər", - o əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər