Sərxoş müştəri "AL market"də müdir müavininin pulunu oğurladı


  • 17:38

Bakıda mağazadan oğurluq etməkdə təqsirləndirilən Orxan Rəsulovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəıməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, O.Rəsulov Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxs Sabunçu rayonu, Sabunçu qəsəbəsində "AL market" dükanına müştəri qismində daxil olaraq dükanın işçilərinin diqqətlərinin yayınmasından istifadə edib dükanın xidməti otağına və otaqdakı saxlanc yeri kimi istifadə olunan dəmir seyfin içərisinə qanunsuz daxil olmaqla oradan dükanın müdir müavininin vəsaiti olan 220 manat məbləğində nağd pulu gizli olaraq talayıb oğurluq edib. Bundan başqa, o, Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində Yeni Ramanı yolunun kənarında yerləşən “Rahat Ramanı-2” marketinin dükanının qarşısında dayanmış “Qazel” markalı yük avtomobilinin kabinəsinin qapılarının kilidli olmamasından istifadə edərək avtomobilin salonuna daxıl olub oradakı sağ sərnişin oturacağının üzərində 560 manat dəyərində bir ədəd "Samsung Galaxy A23" markalı mobil smartfonu və həmin vaxt smarfonun üzərində olan, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 10 manat təşkil edən 2 ədəd sim-kartları gizli olaraq talayaraq oğurluq edib.

O, məhkəmə iclasında ifadəsində oğurluq hadisələrini törədərkən sərxoş olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər