Təxribata cəhddə şübhəli bilinən 3 Rusiya vətəndaşı saxlanıldı


  • 15:00

Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşları Zaporojya vilayətində təxribata cəhddə şübhəli bilinən üç Rusiya vətəndaşını saxlayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Təqsirləndirilən şəxslər günahlarını etiraf edərək peşman olduqlarını bildiriblər.

Qeyd olunub ki, Ukrayna xüsusi xidmət orqanları Rusiya vətəndaşlarını qanunsuz fəaliyyətə cəlb etmək məqsədi ilə sosial şəbəkələrdə, "Telegram" və "WhatsApp" messencerlərində fəal işləyirlər.

Təqsirləndirilən şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 281-ci maddəsinin 2-ci hissəsi (təxribata cəhd), 222.1-ci maddəsinin 3-cü hissəsi (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz dövriyyəsi) ilə cinayət işi açıb.

Humay Eminqızı

Oxşar xəbərlər