Tanışını öldürməkdə təqsirləndirilən 19 yaşlı gəncə 10 il cəza verildi


  • 17:34

Lökbatanda qəsdən adam öldürməkdə təqsirləndirilən Məzahir Bayramovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Məzahir Bayramovun 10 il azadlıqdan məhrum edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Təqsirləndirilən şəxs son sözündə ədalətli qərara inandığını bildirib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxuyub. Hökmə əsasən, Məzahir Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, 2006-cı il təvəllüdlü Məzahir Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı 1998-ci il təvəllüdlü İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər