İçki almağa pul vermədi, telefonunu götürüb qaçdı


  • 26 İyun 19:24

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Fikrət Qənbərovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F.Qənbərov Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, F.Qənbərov Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsində yerləşən “Kənd Bazarı” adlandırılan ticarət obyektinin qarşısındakı avtobus dayanacağının yaxınlığında əvvəllər tanıdığı N.Əliyev avtobusdan düşdükdən sonra onunla görüşüb. F.Qənbərov özünə “Go” spirtli enerji içkisi almaq üçün N.Əliyevdən 2 manat pul istəyib, sonuncu 2 manat pulu olmadığını və üzərində 1 manat yol pulu olduğunu bildirib. F.Qənbərov onun əlindəki dəyəri 800 manat olan "İphone 12 Pro” markalı mobil telefonu baxmaq adı ilə göstərməyi bildirib, bu zaman kənar şəxslərin gözü qarşısında qəfildən həmin telefonu alaraq qaçıb yaxınlıqdakı “Kənd Bazarı” adlandırılan ticarət obyektinin içərisinə daxil olub. Beləliklə, N.Əliyevə 800 manat məbləğində ziyan vurub özgənin əmlakını açıq olaraq talamaqla soyğunçuluq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər