- 18:03
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək Rüfət Səfərovun şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.
Daha sonra Rüfət Səfərovun anket məlumatları yoxlanıb.
Sonra vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlə çıxış edib. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası 14 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) ş maddələri ilə ittiham irəlli sürülüb
Humay Eminqızı