- 1 İyul 18:52
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
E-huquq.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürova, Rəna Qafarova, Şəhla Süleymanova və Azər Tağıyevin hakimliyi ilə keçirilən prosesdə səkkiz nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılıb.
İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.
***
23:16
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
E-huquq.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə yeddi nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, bir nəfərin məhkəməsi davam edəcək.
***
22.25
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.
E-huquq.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə daha ikisi barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılır. Daha 4 nəfərin məhkəməsi davam edir.
İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.
***
21.54
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
E-huquq.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə iki nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 6 nəfərin məhkəməsi davam edəcək.
İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşıdır.
***
20.51
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan səkkiz nəfər məhkəməyə gətirilib.
E-huquq.az xəbər verir ki, proses Səbail Rayon Məhkəməsində keçirilir.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Onlar Rusiya vətəndaşlarıdır.