SOCAR-ın vəzifəli şəxsinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxundu


  • 12:17

Abşeronda pensiya düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Rəmzi Məmmədovun (soyad şərtidir) cinayət işi üzrə məhkəmə proseis yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsinin hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Məmmədov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ona təyin edilmiş bu cəzası onun barəsində Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)-13/2025 saylı hökmü ilə qəti olaraq təyin edilmiş edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunub, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)-13/2025 saylı hökmü ilə nəzərə alınan şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi ,01 il 07 ay 03 gün müddət CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 03 il 02 ay 06 günə bərabər hesab edilib, həmin müddət ona təyin edilmiş cəzadan çıxılıb və o, cəzasını çəkmiş hesab edilib.

İttihama görə, 1986-cı il təvəllüdlü, əvvəllər də məhkum olunmuş R.Məmmədov Socar “Neftqaztikinti” tresti, 5 saylı Tikinti quraşdırma bölümünün rəisi vəzifəsində işləyən Balağa Vəliyevə (soyad şərtidir) təqaüd düzəldəcəyini yalandan vəd verib aldadaraq sonuncudan ümumilikdə 14.300 manat pul alıb və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər