- 16:23
"Zernak" MMC barəsində cərimə protokolu tərtib olunub.
E-huquq.az-ın məlumatına görə, Mərkəzi Bank şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərib.
İşə ötən gün hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb.
Məhkəmənin qərarına əsasən, "Zernak" MMC 16 800 ABŞ dolları məbləğində cərimə olunub.
Qeyd edək ki, şirkət tərəfindən 84 00 ABŞ dolları məbləğində olan vəsait xaricə köçürülüb və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməyib, valyuta vəsaiti geri qaytarılmayıb.
Şəbnəm Mehdizadə