- 16:23
İcbari sığorta müqaviləsinin bağlanmamasına görə “UDT” MMC-yə cərimə tətbiq olunub.
E-huquq.az-ın məlumatına görə, aidiyyəti qurum tərəfindən şirkəti barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə cərimə protokolu tərtib olunaraq Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılıb.
Məhkəmədə tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərlə şirkətin İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilib.
Qərara əsasən, şirkət 300 manat məbləğində cərimə olunub.
Şəbnəm Mehdizadə