Qadın mesaja görə onu döyən ərini məhkəmədə bağışladı


  • 12:39

Bakıda 37 yaşlı kişi qeyri-rəsmi həyat yoldaşını döydüyünə görə məhkəməlik olub.

E-huquq.az-ın məlumatına görə, cütlük 2015-ci ildən qeyri-rəsmi ailə həyatı qurub. Onların bu evlilikdən 5 övladı var. Tez-tez qısqanclıq zəminində mübahisələr edirmişlər. Bir gün axşam saatlarında yaşadıqları evdə olarkən təqsirləndirilən şəxsin mobil telefonuna ismarıc gəlib. Arvadı isə qısqanclıq edərək həmin ismarıcın sevgiyə aid olduğunu düşünüb onunla sözlə mübahisə edib. Bir neçə gün sonra kişi evə gəldikdə həyat yoldaşı həmin şəxslə danışdığını və vaxti ilə ona elçi getdiyini deyib öz iradlarını bildirməyə başlayıb və onun ünvanına nalayiq ifadələr işlədib. Bu zaman aralarında mübahisə yarandıqda ər qəzəblənərək əli ilə qadının boyun və üz nahiyələrindən zərbələr vurub. Qadın bununla bağlı polisə müraciət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

Cinayət işi üzrə Sabuncu Rayon Məhkəməsində keçirilən iclasında qadın həyat yoldaşı ilə barışdığını, ondan şikayəti olmadığını bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər