Bakıda fəhlə işlədiyi yerdən oğurluq etdi - Məhkəmə bu cəzanı verdi


  • 14:42

Bakıda fəhlə kimi işlədiyi evdən oğurluq etmədkə təqsirləndirilən Nəsib Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsndə hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Məmmədov 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxs əvvəllər fəhlə kimi işlədiyi Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən yeni tikilmiş təmirsiz fərdi yaşayış evinin açıq vəziyyətdə olan qapısından keçməklə qanunsuz olaraq evə daxil olub evin otağında saxlanılan və ümumi dəyəri 2790 manat olan avadanlıqları oğurlayıb. N.Məmmədova qarşı Cinayət Məcələsinin 177.2.3-cü maddəsi ilə ittiham irəlu sürülüb.

O, məhkəmədə ifadəsində deyib ki, imkanı zəif olduğundan həmin işlədiyi yerdən oğurluq etməyə qərar verib. Oğurladığı malları tanımadığı şəxslərə satıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər