Dələduzluqda təqsirləndirilən şəxsə 7 il cəza verildi


  • 15:17

Dələduzluqda təqsirləndirilən Cavid Şirəliyevin cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxışı zamanı təqsirləndirilən Cavid Şirəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə müşavirəyə gedib, daha sonra hökm oxunub. Hökmə əsasən, Cavid Şirəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cavid Şirəliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər