- 19:11
Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elməddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Xəyal Bədəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Ağayev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 25 noyabr 2023-cü il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü E.Ağayev idarə etdiyi "Schmıtz" markalı yük avtomobili ilə yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Tərlan Mirzəyevi vurub. Yaralı adlığı xəsarətlərdən dünyasını dəyişib. E.Ağayevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, şirkətləin birində sürücü vəzifəsində çalışırmış. Qəzanın baş verdiyi yük avtomobili də həmin şirkətə məxsus olub.
Şəbnəm Mehdizadə