Qohumunun evindən oğurluq edən qadın: "Borclarım var idi"


  • 10 İyul 15:47

Saatlıda qohumunun evindən oğurluq etməkdə təqsirləndirilən Zülfiyyə Qurbanovaya hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Saatlı Rayon Məhkəməsinin hakimi Vüqar Qasımovun hökmü ilə ona 2 il, 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, 1990-cı il təvəllüdlü Z.Qurbanova 2024-cü ilin fevral ayının ortalarında saat 13 radələrində Saatlı rayonu Azadkənd kəndində yaşayan qohumunun evinə qanunsuz olaraq daxil olub və nəğd pul və qızıl-zinyət əşyaları oğurlamaqla zərərçəkmişə ümumulikdə 2306 manat maddi ziyan vurub. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb və o, məhkəməyə verilib.

Z.Qurbanova məhkəmədə ifadəsində bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmədiyindən yaşadığı kəndin çöl sahəsində pambıq alağına və yığımına gedərək pul qazanır. Lakin pambıq yığımından qazandığı pullarla ehtiyaclarını ödəyə bilmədiyindən, maddi cəhətdən çətinlik çəkdiyindən və borcları yarandığından oğurluq etmək qərarına gəlib.

Humay Eminqızı

Oxşar xəbərlər