Bakıda 69 yaşlı qadın keçmiş ərini döydü


  • 10 İyul 12:45

Bakıda 69 yaşlı qadın keçmiş ərini döyüb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, qadın keçmiş əri ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə zərərçəkmişin üz nahiyəsinə zərbələr endirib.

Keçmiş əri bununla bağlı polisə müraciət edib və Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

İşə Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə baxılıb.

Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edib ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Beləliklə, qadın Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilib.

Humay Eminqızı

Oxşar xəbərlər