- 11 İyul 21:15
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yolqəzası törətməkdə təqsirləndirilən Nemət Tağıyevə hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, Lənkəran Rayon Məhkəməsinin hakimi Nicat Ağabəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində baş verib. Belə ki, 1990-cı ilə təvəllüdlü N.Tağıyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçmək istəyən Ramilə Talıbovanı vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. N.Tağıyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı