- 11 İyul 21:15
“BRAND PARTS” MMC gömrük qaydalarını pozduğuna görə cərimə olunub.
E-huquq.az-ın məlumatına görə, Dövlət Gömrük Xidməti tərəfindən şirkət barəsindəİnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) ilə inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilib.
İşə Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılıb.
Məhkəmə hesab edib ki, barəsində inzibati xəta haqqında icraat aparılan “BRAN DPARTS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir.
Məhkəmənin qərarına əsasən, şirkət İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinib və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, “BRANDPARTS” şirkəti 2019-cu ildə qurulub. Şirkət Yapon və Koreya istehsalı olan ISUZU , HYUNDAI , MITSUBISHI markalı ticari yük maşınlarının (commercial trucks) ehtiyyat hissələrinin idxalı və satışı ilə məşğuldur.
Humay Eminqızı