- 11 İyul 21:15
Bakıda 32 yaşlı kişi gecə saatlarında mağazaya getmək istəyən həyat yoldaşını döyüb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.
Belə ki, beş ildir evli olan cütlük axşam yeməyində birlikdə spirtli işki qəbul edib. Saat 23:30-da qadın siqaret almaq üçün mağazaya getmək istəyib. Lakin əri mağazaya getməyə qoymayanda onların arasında mübahisə yaranıb. Qadın həyətə çıxıb mağazaya getmək istəyəndə əri sillə ilə onu vuraraq xəsarət yetirib. Zərərçəkmiş DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat verib. Polis əməkdaşları gəlib kişini Polis İdarəsinə aparıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Şəbnəm Mehdizadə