Bakıda qadının pul kisəsini götürüb qaçan şəxsə hökm oxundu


  • 11 İyul 17:14

Bakıda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Aydın Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edək ki, A.Rüstəmov saat 21:00 radələrində piyada hərəkətdə olan qadının əlində saxladığı içərisində 202 manat nağd pul vəsaiti olan 124 manat dəyərində üzərində pul kisəsini götürməklə açıq yolla talayıb hadisə yerindən uzaqlaşaraq, zərərçəkmişə 326 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər