Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası cərimələndi


  • 11 İyul 17:41

"Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası" İctimai Birliyi cərimə olunub.

E-huquq.az-ın məlumatına görə, Maliyyə Nazirliyi Assosiasiya barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək məhkəməyə göndərib.

İş Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılıb.

Müəyyən edilib ki, "Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası" İctimai Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməyib və bununla da, mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol verib. Beləliklə, İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədib.

Məhkəmə Assosiasiya barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər