Sərxoş kişi bacısının başında stəkan sındırdı


  • 15:05

Abşeronda 35 yaşlı kişi sərxoş vəziyyətdə bacısına xəsarət yetirib.

E-huquq.az-ın məlumatına görə, buna səbəb bacısının ona spirtli içməsini irad bildirməsi olub. Bacısının iradından əsəbiləşən qardaş masanın üzərində olan boş şüşə stəkanı götürüb sonuncunun başına vurub.

Onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb.

Abşeron Rayon Məhkəsinin qərarı ilə təqsirləndirilən şəxs CM-nin 73.2-ci (zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə) maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər