- 19:55
Abşeronda mağazadan oğurluq etməkdə təqsirləndirilən Emin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Həsənova 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, E.Həsənov Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mağazanın pəncərəsini sındırmaqla içəri qanunsuz daxil olaraq marketdən müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər və s. oğurlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə