- 18:59
Bakıda bıçaqla qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
E-huquq.az verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.
Daha sonra Nicat İbrahim son sözlə çıxış edərək ona bəraət verilməsini xahiş edib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxuyub. Hökmə əsasən, Nicat İbrahim 6il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Nicat İbrahimin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 221.3-cü maddə üzrə işə xitam verilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş verib yanacaq doldurma məntəqələrinin birində baş verib. İttihama görə, Nicat İbrahim Bəhmən Əliyevi aralarında yaranmış mübahisə zəmnində bıçaqlayıb. O, Nəsimi Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
Nicat İbrahimə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda).
Humay Eminqızı