“Roşka” ləqəbli tiktokerin məhkəməsi keçirildi


  • 22 İyul 15:22

Polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə ilkin məhkəmə baxışı baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sonra dövlət ittihamçısı ittiham aktını səsləndirib.

Təqsirləndirilən Rövşən Süleymanov iş üzrə özünü təqsirli bilməyib.

Məhkəmənin növbəti iclası qeyri müəyyən vaxta təxirə salınıb.

Məhkəmənin növbəti iclasında təqsirləndirilən şəxs sərbəst ifadə verəcək.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.Süleymanov daha öncə də 45 günlük inzibati həbs edilib.

Humay Eminqızı

Oxşar xəbərlər