- 23 İyul 16:36
Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işinin məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin videogörüntüləri nümayiş etdirilib.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsinə keçilib.
Dövlət ittihamçısı çıxışı zamanı Həsən Kazımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası 28 iyul tarixinə təyin edildi.
Qeyd edək ki, hadisə 16 noyabr 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında qeydə alınıb. Mübahisə zamanı Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən kəskin qan itirdiyindən Ümid Soltanov dünyasını dəyişib.
Həsən Kazımov barəsində Cinayət Məcəlləsinin 120.2.2 , 221.3 , 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı