Bacısını öldürməkdə təqsirləndirilən gəncə 15 il cəza verildi


  • 28 İyul 14:49

Bakıda bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə müşavirəyə gedib, müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Təbriz Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Təbriz Qasımov Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı 2004-cü il təvəllüdlü Təhminə Qasımovanı boğaraq qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Humay Eminqızı

Oxşar xəbərlər