- 30 İyul 18:41
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, hazırda xaricdə yaşayan bloger Qabil Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Qabil Məmmədova 16 il qiyabi həbs verilib.
Qeyd edək ki, Qabil Məmmədova qarşı Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb.
İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Q.Məmmədova bu ilin yanvarında Binəqədi rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs verilib.
Humay Eminqızı