Gömrük sənədləşməsində pozuntu: "Universal-S" cərimələndi


  • 30 İyul 17:29

"Universal-S" MMC-yə qarşı inzibati məsuliyyət tədbiri görülüb.

E-huquq.az-ın əldə etdiyi məlumata əsasən, Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol hazırlanaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim edilib.

İşə hakim Abusət Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmə araşdırmaları zamanı məlum olub ki, "Universal-S" MMC-nin ünvanına göndərilən yük bəyan edilsə də, müvafiq qısa idxal bəyannaməsi gömrük ərazisinə gətirilmədən əvvəl gömrük orqanlarına təqdim edilməyib. Bu səbəbdən, məhkəmə şirkətin inzibati xətaya yol verdiyini və bu pozuntunun müvafiq sənədlərlə, o cümlədən Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən hazırlanmış protokolla təsdiqləndiyini müəyyənləşdirib.

Nəticədə, məhkəmə qərarı ilə "Universal-S" MMC-yə 1500 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər