- 00:39
Bakıda bacanağının evindən oğurluq etməkdə təqsirləndirilən Samir Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxs isə S.Tağıyevin azyaşlı övladının olmasının nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını istəyib.
Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib.
Daha sonra hökm oxunub. Hökmə əsasən S.Tağıyev 7 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, əvvəllər də məhkum olunmuş S.Tağıyev bacanağının evindən təxminən 5 min manatdan çox dəyərdə pul və qızıl zinyət əşyaları oğurlamaqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı