Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxundu


  • 11:58

Bakının Sabunçu rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Həsənbala Rəhimovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimhakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Dövlət ittihamçısı çıxısı zamanı təqsirləndirilən şəxsin 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs son sözündə ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş edib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Həsənbala Rəhimov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024-cü il avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Humay Eminqızı

Oxşar xəbərlər