Anar Məmmədli məhkəmə zalında həbs edildi


  • 15:36

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatətlə çıxış edib.

O, Anar Abdullayevin polisin nəzarətinə vermə qətimkan tədbiri qaydalarına əməl etmədiyini bildirərək onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Anar Abdullayevin anasının 1-ci qrup əlil olduğunu və şizofreniya xəstəliyindən əziyyət çəkdiyini, bunun nəzərə alınmasını istəyib.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib və təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Hər iki təqsirləndirilən elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Məhkəmənin növbəti iclası 22 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər