Lökbatanda həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 12:24

Lökbatanda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Tağıyevin məhkəməsi başlayıb.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası oktyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə baş verib. Məlumata görə, Tağıyev Rəşad Tofiq oğlu həmin ərazidə arvadı 36 yaşlı Hüseynova Sevinc İnşallah qızını aralarında yaranmış mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürüb.

Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Humay Eminqızı

Oxşar xəbərlər