- 12:24
2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar Şəki Kommersiya Məhkəməsində 2025-ci ilin 30 dekabr tarixinədək "Açıq qapı günləri" elan edilib.
E-huquq.az-ın məlumatına görə, Şəki rayonu və yaxın ərazilərdə yaşayan vətəndaşlar (xüsusən tələbə və gənclər) məhkəmənin fəaliyyəti ilə yaxından tanış olmaq və onları maraqlandıran suallara cavab tapmaq üçün məhkəmənin inzibati binasına dəvət edilir.