- 15:36
"Arbitraj institutu, ilk növbədə, tərəflərin müstəqilliyini qoruyan və onların hüquqlarını təmin edən bir zəmanət mexanizmasıdır. Bu institut, mübahisələrin həlli prosesində legitimliyi təmin edir və tərəflərin ədalətli şəkildə müdafiə olunmalarını təmin edir".
E-huquq.az xəbər verir ki, bu sözləri hüquqşünas və arbitr, "Patocchi & Marzolini" şirkətinin təsisçi tərəfdaşı Paolo Marzolini Bakı Arbitraj Mərkəzinin açılış mərasimində deyib.
O bildirib ki, arbitraj institutu, həmçinin mübahisələrin həlli üçün təhlükəsiz və etibarlı bir çərçivə təmin etməlidir: "Arbitorların seçilməsi prosesində qərəzsiz və obyektiv yanaşma vacibdir. Seçim prosesi tamamilə şəffaf və çoxşaxəli olmalı, hər iki tərəfin də etimadını qazanan bir şəkildə həyata keçirilməlidir"
P. Marzolini qeyd edib ki, ədalətli mühakimə və mübahisələrin düzgün həlli üçün məhkəmə sistemi ilə sıx əməkdaşlıq vacibdir: "Arbitraj və məhkəmə sistemləri arasında rəqabət olmamalı, əksinə bir-birini tamamlayan və dəstəkləyən bir münasibət olmalıdır".
Humay Eminqızı