Prokuror icra başçısının sabiq müavininə cəza istədi


  • 11:37

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini V. A. və tanışı T. B. cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prossesdə dövlət ittihamçısı çıxış edib.

O, V.A - nın 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə, T.B - nın isə əvvəlki cəzası da qismən toplanılmaq yolu ilə 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkən şəxs sadəcə pulunun ödənilməsini xahiş edərək, yekun cəzanı məhkəmənin mülahizəsinə buraxıb.

Vəkillər çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 31 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini C.M. tanınır. İttihama görə, təqsirləndirilən şəxslər C.M.-ni Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. T.B. bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər