Bakı Apellyasiya Məhkəməsində tələbələr üçün məhkəmə simulyasiyası təşkil olunub - FOTO


  • 16:15

Oktyabrın 25-də Bakı Dövlət Universiteti Hüquq fakültəsinin "BDU könüllüləri" təşkilatı üzrə tələbələrinin və Hüquq fakültəsi Mülki proses və kommersiya hüququ kafedrasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Mülki Məhkəmə Simulyasiyanın növbəti (apellyasiya) mərhələsi Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında keçirilib.

E-huquq.az xəbər verir ki, simulyasiyada izləyici qismində 50-yə yaxın tələbə iştirak edib.

Simulyasiya zamanı müxtəlif kursdan olan tələbələr real məhkəmə işi əsasında hazırladıqları kazusu canlandırıb

Əvvəlcə çıxış edən Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, dosent Əsmər Əliyeva mülki işlər üzrə məhkəmə simulyasiyasının BDU Hüquq fakültəsində ilk dəfə bu formatda keçirildiyini bildirmiş, bu cür tədbirlərin hüquqşünas tələbələrin inkişafındakı rolundan bəhs edib.

Daha sonra BDU Könüllülərinin Hüquq fakültəsi üzə sədri, Hüquq fakültəsinin tələbəsi Ələm Nəbizadə simulyasiya çərçivəsində keçirilən müsabiqə barədə məlumat verib.

Simulyasiya tələbələr tərəfindən olduqca böyük maraqla qarşılanıb.

Oxşar xəbərlər