- 19:14
Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Əli Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsində Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V.Cabbarov Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
İttihama görə, təqsirləndirilən şəxs gecə saat təxminən 00:40 radələrində məhəllədə əyləşmiş şəxsdən 1 manat pul istəyib və həmin şəxs pul kisəsini açaraq ona pul vermək istəyərkən həmin şəxsin qoca olmasından istifadə edərək sonuncunun əlində saxladığı içərisində 250 manat pul olan pul kisəsini əlindən alıb qaçıb.
Şəbnəm Mehdizadə