Göyərçin oğrularına elektron qolbaq taxıldı


  • 17:43

Biləsuvanrda göyərçin oğurlamaqda təqsirləndirilən Xalid Hacıyev və Natiq Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Biləsuvar Rayon Məhkəməsində hakim Rəfayil Əliyevin sədrliyi ilə keçirilən prososdə hökm oxunub.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barələrində 2 il 6 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub.

İttihama görə, təqsirləndiirlən şəxslər Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən həyatyanı sahədə hinə qanunsuz olaraq daxil olaraq, həmin yerdə hər birinin qiyməti 50 manat olmaqla, ümumilikdə 1 350 manat dəyərində 27 ədəd göyərçini aparmaqla 1 350 manat məbləğində oğurluq etmişlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər