“Elite Optimal”dan 21 min manatlıq telefon oğurlayan şəxsə hökm oxundu


  • 16:40

“Elite Optimal” elektronik məişət əşyalarının satışı mağazasından oğurluq etməkdə təqsirləndirilən Elman Cəlilovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Cəlilov Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilərək 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, o, “Elite Optimal” elektronik məişət əşyalarının satışı mağazasının şüşəli plastik giriş qapısını təpiklə vurub açaraq mağazaya qanunsuz daxil olaraq oradan ümumi dəyəri 21.799.92 manat təşkil edən mobil telefonlar oğurlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər